arrow

AQTİ-də molekulyar biologiya üzrə qabaqcıl texnologiyalara dair seminar keçirilib

AQTİ-də molekulyar biologiya üzrə qabaqcıl texnologiyalara dair seminar keçirilib
03-11-2023 11:20

Tədbirdə AQTİ-nin rəhbər şəxsləri və əməkdaşları, müxtəlif dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

Molekulyar biologiyanın nailiyyətləri və perspektivləri, sekvensləşmə sahəsində son elmi yeniliklərin tətbiqi, bu sahədə aparılan tədqiqatlar, eləcə də gen və gen şəbəkələrinin identifikasiyası üçün zəruri olan yeni nəsil sekvens texnologiyaları sahələrini əhatə edən seminarda New England Biolabs (NEB) şirkətinin nümayəndəsi Dr.Bolaeva Kermen ilə yanaşı AQTİ-nin mütəxəssisi Deniz Pirinççi Ercan təqdimatlarla çıxış edib.

Tədbirdə çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb.