arrow

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçiriləcək

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçiriləcək
17-10-2023 18:08

Təlim zamanı AQTİ-nin mütəxəssisləri tərəfindən qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat veriləcək. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılacaq. 

Təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektlərinin əməkdaşları ad və soyadlarını, həmçinin işlədikləri müəssisə və tutduqları vəzifə barədə məlumatları, eləcə də telefon nömrələrini yazaraq sabina.nuruzada@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.  Təlim barədə (012) 596-12-72 (daxili: 019) nömrəli telefona zəng edərək daha ətraflı məlumat almaq mümkündür.