Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) sahibkarlıq subyektlərinin nümayəndələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində iştirakçılara qida təhlükəsizliyinin təmin olunmasında gigiyena tələblərinin əhəmiyyəti, qida məhsullarının qəbulu, saxlanması və emalı zamanı riayət edilməli qaydalar, işçi heyətin şəxsi gigiyenası, istehsal və iş sahələrinin sanitariya-gigiyena vəziyyətinə dair tələblər haqqında ətraflı məlumat verilib.
Həmçinin çarpaz çirklənmənin qarşısının alınması, temperatur rejiminə nəzarət, qida məhsullarının təhlükəsiz şəraitdə hazırlanması və saxlanması məsələləri diqqətə çatdırılıb.
İnteraktiv formatda təşkil olununan təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və bilikləri qiymətləndirilib.