Xəstəliyin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə 3 mart 2021-ci il tarixində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyinə qarşı sahə və stolüstü simulyasiyası təlimi” keçirilib.
Təlim çərçivəsində quşlarda yüksək patogen quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, xəstəliyin zamanında aşkarlanması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müəyyən edilib.
Təlim çərçivəsinə quş qripi xəstəliyi və diaqnostikası, klinik araşdırma biotəhlükəsizlik və biomühafizə üzrə prinsiplər, şəxsi və sahə tədqiqatında biomühafizəyə dair zəruri məlumatlar verilib.
Qeyd edək ki, “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyinə qarşı sahə və stolüstü simulyasiyası təlimi” 4 mart 2021-ci il tarixində sahə simulyasiyası formatında davam etdiriləcək.