Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara risk əsaslı yanaşma, proses, prosesin optimizasiyası, həmçinin onun metodları, proqramları və üstünlükləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, qidanın emalı, daşınması və satışı proseslərində mikrobioloji, fiziki, kimyəvi və allergen risklər yarana bilər. Bu risklərin qarşısını almaq, eyni zamanda məhsuldarlığı və səmərəliyi artırmaqdan otrü isə tətbiq edilən proseslər optimallaşdırılmalıdır. Həmçinin prosesin optimizasiyası üçün bir çox fərqli optimallaşdırma metodlarından müvafiq sahələr üzrə istifadə olunmalıdır.
İnteraktiv formada keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.