Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri və onun müavinləri həftə içi hər gün İnstitutun inzibati binasında sahibkarları qəbul edəcəklər.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri onları maraqlandıran məsələlərlə bağlı qəbula yazıla bilərlər. Qeyd edək ki, qəbula öncədən yazılmaq mütləqdir.
Qəbulda iştirak etmək istəyən şəxslər ”1003 – Çağrı Mərkəzi”, həmçinin (012) 377-00-20 və ya (012) 565-12-72 (daxili 562) nömrələri ilə əlaqə saxlaya bilər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşların qəbulu cədvəli
| № | Adı, atasının adı və soyadı | Vəzifəsi | Qəbul günləri və saatları |
|---|---|---|---|
| Rəhbərlik | |||
| 1. | Əli Tahir oğlu Nəbiyev | İdarə Heyətinin sədri | Hər həftənin V günü, saat 16.00 -18.00 |
| 2. | Tamilla Aliyevna Əliyeva | İdarə Heyətinin sədr müavini | Hər həftənin I günü saat 16.00 -18.00 |
| 3. | Elina Vəzirovna Sulyayeva | İdarə Heyətinin sədr müavini | Hər həftənin II günü saat 16.00 -18.00 |
| 4. | Elxan Nurəhməd oğlu Əhmədov | İdarə Heyətinin sədr müavini | Hər həftənin IV günü saat 16.00 -18.00 |
| 5. | Ramazan Əli oğlu Nəbiyev | İdarə Heyətinin sədr müavini | Hər həftənin III günü saat 16.00 -18.00 |