arrow

AQTİ-də sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim olunub

AQTİ-də sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim olunub
12-06-2024 14:16

Bu istiqamətdə keçirilən təlimlərdə uğurla iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə AQTİ-nin Xidmətlərin təşkili departamentinin müdir müavini Ziyabəddin Hüseynov keçirilən təlimlərin sahibkarlıq subyektlərinə əhəmiyyətindən danışıb və onlara bu yolda uğurlar arzu edib.

Daha sonra qanunvericiliyin tələbləri ilə bağlı təlimlərin yekununda keçirilən imtahanda yüksək nəticə göstərən sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

Xatırladaq ki, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığına dair mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003 – Çağrı Mərkəzi”nə zəng edə bilərlər.