Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Təqdimat AQTİ və ADA Universiteti arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən təşkil olunub. Təqdimat zamanı AQTİ-nin əməkdaşları adıçəkilən ali təhsil müəssisəsinin növbəti tədris ili üçün elan etdiyi magistratura proqramları ilə tanış olublar. Onlar magistratura proqramlarına daxil olan ixtisaslar, təqaüd imkanları və qəbul şərtləri barədə ətraflı məlumat alıblar.
Qeyd edək ki, sözügedən Anlaşma Memorandumunda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin inkişafı, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəninin bölüşülməsi kimi məsələlər əksini tapıb.