
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları arasında təşkil olunan “Xəmsə” milli intellektual oyununun qalibi müəyyənləşib.
Yarışda İnstitutun müxtəlif bölmələrini təmsil edən 13 komanda iştirak edib. Final mərhələsinə 4 komanda vəsiqə qazanıb. İctimaiyyətlə əlaqələr şöbəsinin komandası rəqiblərini qabaqlayaraq birincilik kubokunu qazanıb. Müvafiq olaraq, Xidmətlərin təşkili departamenti və Sertifikasiya şöbəsinin komandaları isə yarışı ikinci və üçüncü pillədə tamamlayıblar.
Sonda qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, tədbir əməkdaşlar arasında qida təhlükəsizliyi mövzusunda maarifləndirməni artırmaq, intellektual mühiti təşviq etmək və komanda ruhunu gücləndirmək məqsədilə keçirilib.