arrow

AQTİ əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb

AQTİ əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb
03-10-2023 17:33

Tədbirdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir.

Həmçinin aparılan elmi fəaliyyətdə ixtisaslı mütəxəssislərin formalaşadırılması, kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, bu istiqamətdə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına da köməklik göstərir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumatlar verilib.

Tədbir tələbələrin müvafiq sahə üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil almış məzunların işə qəbulu, onların potensialından səmərəli istifadə, habelə gənclərin məşğulluğunun təmin edilməsidir.