
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Daxili nəzarət və təhlükəsizlik departamentinin əməkdaşları “Əməyin təhlükəsizliyi” kursunu müvəffəqiyyətlə başa vurublar.
Təlim proqramı çərçivəsində iştirakçılar əməyin təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin planlaşdırılması, əməliyyat təhlükəsizliyinin təşkili və ətraf mühitə təsirlərin minimuma endirilməsi kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Sonda əməkdaşlar rəsmi sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, təlim proqramı iş mühitində təhlükəsizlik, sağlamlıq və ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübəyə əsaslanan biliklərin artırılmasına yönəlib.