Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının bilik və bacarıqlarının artırılması, peşəkar inkişafının dəstəklənməsi məqsədilə Daxili İnkişaf Platforması yaradılıb.
Platformanın əsas məqsədi əməkdaşlar arasında bilik və təcrübə mübadiləsini gücləndirmək, daxili təlimçi potensialını artırmaq, eləcə də davamlı öyrənmə və özünüinkişaf mühitini formalaşdırmaqdır.
Layihə çərçivəsində keçirilən ilk görüşdə inkişaf proqramının üç ay davam edəcəyi bildirilib. Proqram müddətində müxtəlif istiqamətləri əhatə edən 30 təlim və praktiki məşğələnin təşkili nəzərdə tutulur. Layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.