AQTİ əməkdaşları ilə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) əməkdaşları arasında videokonfrans formatında növbəti görüş keçirilib. Görüşün əsas məqsədi “Qida istehlakı məlumat bazası” üzrə Avropa təcrübəsinin öyrənilməsi olub. Görüşdə EFSA əməkdaşları Avropa Birliyi ölkələri üçün keçirdikləri sorğu haqda təqdimat nümayiş etdiriblər.
Təqdimat zamanı “Qida istehlakı məlumat bazası”nın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, baza təhlükəli maddələrə məruz qalmanın qiymətləndirilməsində, gündəlik qida qəbulunun miqdarının müəyyən edilməsində, qidaya əsaslanan pəhriz qaydalarının hazırlanmasında və digər məsələlərin qiymətləndirilməsində mühüm rol oynayır.
Daha sonra qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə mövcud vəziyyət ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.