Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
25 fevral 2021-ci il tarixində AQTİ ilə Avstriyanın Qida və Sağlamlıq Agentliyinin (AGES) nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə AQTİ-nin fəaliyyəti ilə bağlı AGES-in nümayəndələrinə ətraflı məlumat verilib və bildirilib ki, AQTİ AGES-lə ikifərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Belə ki, bu istiqamətdə sıx əməkdaşlığın formalaşdırılması əlaqələrinin genişləndirilməsinə ciddi töhfə verəcəkdir.
Sonda AQTİ və AGES arasında Anlaşma Memorandumunun imzalanmasına dair fikir mübadiləsi aparılıb.