arrow

AQTİ ilə Böyük Britaniyanın müvafiq qurumu arasında görüş keçirilib

AQTİ ilə Böyük Britaniyanın müvafiq qurumu arasında görüş keçirilib
01-12-2021 15:11

Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılması və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Böyük Britaniyanın Heyvan və Bitki Sağlamlığı Agentliyi (APHA) arasında onlayn görüş keçirilib. Görüş çərçivəsində APHA-nın sınaq portfeli və səriştəlilik sınaq sxemləri, ticarətə dəstək sınaqları, qida təhlükəsizliyi üçün tədqiqat və eksperimental inkişaf və nəzarət, keyfiyyət idarəetmə sistemləri və akkreditasiya sistemi və İnstitutun fəaliyyəti barədə təqdimatlar olub.

Tərəflər Azərbaycanda heyvan və bitki sağlamlığı üzrə prioritet istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi, ortaq əməkdaşlıq istiqamətləri üzrə təkliflərin qarşı tərəfə göndərilməsi, qarşılqılı əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə hər iki qurumun mütəxəssisləri arasında virtual formatda görüşlərin keçirilməsi, Böyük Britaniyanın müvafiq qurumunun Referens Laboratoriyalarının təcrübəsinin öyrənilməsi, elmi-tədqiqat işlərinin aparılması istiqamətində təkliflərin müəyyən edilməsi, monitorinq və səriştəlilik sınaqlarında iştirak üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s. barədə razılığa gəliblər.