Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin edilməsi məqsədilə növbəti səriştəlilik sınağını elan edir.
Bu dəfə keçiriləcək səriştəlilik sınağı suda xlorid, hidrokarbonat və sulfat ionlarının kəmiyyətcə təyini üzrə təşkil olunacaq. Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartının tələbləri əsasında təşkil edilir.
Sınaqda iştirak etmək istəyən laboratoriyalar 31 avqust 2026-cı il tarixinədək müraciət edə bilərlər. İştirak etmək üçün laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün aidiyyəti laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.