arrow

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
21-09-2026 16:46
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi məqsədilə qida məhsullarında Arsen (As), Kadmium (Cd), Qurğuşun (Pb) və Civə (Hg) parametrlərinin təyini üzrə səriştəlilik sınağı təşkil edir.

Sınaq ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də bu standartın tələblərinə uyğun şəkildə aparılır.

Sınaqda iştirak üçün son müraciət tarixi 2 oktyabr 2026-cı ildir. Laboratoriyalar iştirak üçün “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron ünvanına göndərməlidirlər. Sınaq nəticələri başa çatdıqdan sonra isə “Nəticələrin qeydiyyat forması” eyni ünvan vasitəsilə təqdim olunmalıdır.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.

AQTİ bütün müvafiq laboratoriyaları bu mühüm sınaqda iştirak etməyə dəvət edir.