arrow

AQTİ laboratoriyalar üçün səriştəlilik sınağını elan edir

AQTİ laboratoriyalar üçün səriştəlilik sınağını elan edir
02-04-2026 15:08

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi məqsədilə süddə Salmonella spp. parametrinin keyfiyyətcə təyini üzrə səriştəlilik sınağı təşkil olunur.

Sınaq ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartının tələbləri əsasında təşkil edilir. 

İştirak üçün son müraciət tarixi 30 aprel 2026-cı ildir. İştirakçılar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçt ünvanına göndərə və ya AQTİ-nin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada qeydiyyatdan keçə bilərlər. Sınaq proqramı və iştirakla bağlı ətraflı məlumatı AQTİ-nin rəsmi internet səhifəsinin “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsindən əldə etmək mümkündür. Nəticələr İnstitutun saytında laboratoriyalara məxsus fərdi kodlar vasitəsilə açıqlanacaq və məlumatların konfidensiallığı tam təmin olunacaq. 

Sınaq başa çatdıqdan sonra “Nəticələrin qeydiyyat forması” müəyyən edilmiş müddət ərzində təqdim edilməlidir. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.