arrow

AQTİ laboratoriyalararası səriştəlilik sınağının nəticələrini elan edib

AQTİ laboratoriyalararası səriştəlilik sınağının nəticələrini elan edib
25-12-2025 17:04

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçirilən növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələri elan edilib. Su nümunəsində codluq, pH, elektrik keçiriciliyi və E.coli parametrlərinin təyini üzrə təşkil olunan sınaqlarda ümumilikdə 12 laboratoriya iştirak edib.

Sınaqların nəticələrinə dair hesabat İnstitutun rəsmi internet səhifəsində (afsi.gov.az) dərc olunub. Konfidensiallığın qorunması məqsədilə nəticələr fərdi laboratoriya nömrələri əsasında təqdim edilib. İştirakçılar nəticələrlə yalnız öz laboratoriya nömrələri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, səriştəlilik sınaqları ISO/IEC 17043 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına dair ümumi tələblər” beynəlxalq standartının tələblərinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun keçirilən sınaqlarda uğur qazanan laboratoriyaların sınaq nəticələrini tanıyır və etibarlı hesab edir.