arrow

AQTİ laboratoriyası ABŞ-də keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

AQTİ laboratoriyası ABŞ-də keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
03-05-2023 16:58

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının “Texas A&M AgriLife Research” şirkəti və USDA-Kənd Təsərrüfatı Departamenti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya müvafiq olaraq, “Aflatoksin B1” və “Ümumu aflatoksin” (B1, B2, G1, G2) parametri, eyni zamanda Genetik Modifikasiya Olunmuş Orqanizmlərin (GMO)-promotor 35 S, terminator NOS və promoror FMV markerlərinin təyini parametri üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, Milli Referens Laboratoriyası 100-dən artıq göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək böyük müvəffəqiyyət qazanıb. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun  milli və Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu (DakkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib. Həmçinin 2021-ci ildə qida, yem, toxum məhsullarında ticari kit metodu ilə GMO-nun təyini sınağı üzrə beynəlxalq akkreditasiyadan keçib.