arrow

AQTİ mütəxəssisləri tərəfindən HACCP prinsipləri mövzusunda növbəti təlim keçirilib

AQTİ mütəxəssisləri tərəfindən HACCP prinsipləri mövzusunda növbəti təlim keçirilib
16-06-2023 15:58

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Al Market” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.

Təlim zamanı iştirakçılar HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlimdə iştirakçılara HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumat verilib.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.