Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Təcrübə səfəri çərçivəsində karantin zərərvericilərinin siyahısına daxil edilmiş bitki zərərvericiləri üçün diaqnostik protokolların hazırlanması ilə bağlı təkliflər müzakirə olunub. Həmçinin, həşəratların molekulyar səviyyədə real vaxt rejimində PZR metodu əsasında təyini üçün identifikasiya prosesi həyata keçirilib.
AQTİ mütəxəssisləri Rusiyalı həmkarları ilə birgə xüsusi karantin əhəmiyyətli fitopatogen virus xəstəliklərilə mübarizə və laboratoriyada aparılan diaqnostik metodlara dair müzakirələr aparıb, həmçinin virusologiya laboratoriyasında seroloji və molekulyar metod ilə həyata keçirilən virusoloji müayinələrdə iştirak ediblər.