arrow

AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir

AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir
26-09-2023 13:15

Namizədlər laboratoriyada biotəhlükəsizlik və biomühafizə üzrə, eləcə də heyvan xəstəlikləri və onların laborator müayinələri haqqında biliklərə sahib olmalı, baytarlıq üzrə qanunvericiliyin və bu sahədə normativ hüquqi sənədlərin tələblərini bilməlidir. Namizədlərdən müvafiq sahə üzrə iş təcrübəsi, rus və ingilis dili bilikləri tələb olunur.

İşə qəbul müsahibə əsasında aparılacaq. Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə müraciət etdikləri laboratoriyanın adını qeyd edərək, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.

CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.