Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən təşkil edilən səriştəlilik sınağında uğurla iştirak edib. Belə ki, səriştəlilik sınağı çərçivəsində laboratoriyaya daxil olan qarğıdalı və soya sınaq nümunəsində GMO (35 S, NOS, FMV təsbiti) təyini analizi Amerikanın Agilent şirkətinə məxsus olan PZR (polizəncirvari reaksiya) cihazında müayinə edilib.
Sınaq zamanı əldə olunan nəticələr USDA AMS FGİS Technology and Science Division Biotexnologiya Laboratoriyasının müdiri Ph.D. Brian Beecher-ə təqdim olunub. Əldə edilən göstəricilərə əsasən Laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından müvəffəqiyyətlə keçib.