Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Seminar inkişaf etməkdə olan ölkələrdə ictimai infrastruktur layihələrin maliyyələşdirilməsi, idarə edilməsi məqsədi ilə təşkil edilib
Tədbirdə Azərbaycan da daxil olmaqla, Çili, Qrenada, İraq, Qazaxıstan, Laos, Tayvan, Timor-Leste, Özbəkistan, Vanuatu və Tayland kimi 11 ölkədən 37 nümayəndə iştirak edib.
Seminarda Çində qida təhlükəsizliyi, qida təhlükəsizliyi qanunvericiliyinin mövcud vəziyyəti, milli və beynəlxalq standartlar, Çinin sosial və mədəni inkişafı, genetik modifikasiya olunmuş qidalar, texnologiya və metodlar və s. mövzularda mühazirələr səsləndirilib, müxtəlif ölkələrdən olan nümayəndələr arasında fikir və təcrübə mübadiləsi həyata keçirilib.