arrow

AQTİ-nin əməkdaşları ADNSU tələbələri ilə görüşüb

AQTİ-nin əməkdaşları ADNSU tələbələri ilə görüşüb
01-11-2023 12:46

Tədbir AQTİ ilə ADNSU arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə ADNSU-da təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib.

Görüşdə tələbələr AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir. Elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir. AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir, yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək göstərilir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb. Görüşdən sonra iştirakçılar fakültənin Nano materiallar və nanotexnologiylar elmi tədqiqat laboratoriyasına baxış keçiriblər.

Qeyd edək ki, bundan əvvəl AQTİ-nin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb.