arrow

AQTİ-nin İdarə Heyətinin sədr müavini regional seminarda çıxış edib

AQTİ-nin İdarə Heyətinin sədr müavini regional seminarda çıxış edib
19-10-2023 11:32

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini, kommunikasiya əlaqələndiricisi Tamilla Əliyeva “Azərbaycanda kommunikasiya strategiyası: əsas aspektlər” mövzusunda çıxış edib. T.Əliyeva çıxışı zamanı kommunikasiyanın prinsipləri, kommunikasiya qrupunun üzvləri, məlumatların ümumdaxili koordinasiyası və təsdiqlənməsi, eləcə də digər qurumlararası koordinasiya prosedurları və potensial böhran vəziyyətlərinin proqnozlaşdırılması məsələlərinə toxunub. Həmçinin quş qripi, dabaq və quduzluq xəstəlikləri zamanı kommunikasiya işinin qurulmasından danışıb.

Qeyd edək ki, 18-20 oktyabr tarixlərini əhatə edən ÜHST-nin Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə ÜHST-nin birgə təşkilatçılığı və Avropa İttifaqının  dəstəyi ilə təşkil olunub. Seminar Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanının idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədilə keçirilir.