Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin müvafiq laboratoriyaları 2023-cü il ərzində qida təhlükəsizliyi, kompleks tətqiqatlar, bitki və heyvan sağlamlığı üzrə 195 müayinə parametri üzrə “FAPAS”, “ANSES”, “VETQAS APHA SCIENTIFIC”, “VNIIKP”, “GD Animal”, “LGC Standards” və digər beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlik sınaqlarında uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, AQTİ-nin laboratoriyaları ISO/IEC 17025:2017 standartının və akkreditasiyanın tələblərini yerinə yetirmək, aparılan sınaq nəticələrinin dəqiqliyini təmin etmək və personalın səriştəliliyini artırmaq məqsədilə beynəlxalq təşkilatlar tərəfindən keçirilən səriştəlilik sınaqlarına qatılır. Hazırda İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış 17 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.