Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan səriştəlilik sınağında iştirak edib. Sınaqda MBL tərəfindən təqdim olunan nəticələr ən yüksək sayılan 4-cü kateqoriya kimi müəyyən edilib.
Qeyd edək ki, MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriya dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılaraq yüksək nəticələr əldə edib.