arrow

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə uğurlu nəticələr əldə edib

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə uğurlu nəticələr əldə edib
13-09-2023 16:06

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən yemlərdə keyfiyyət (xam protein, xam yağ, xam kül, və nəmlik) və mikrobioloji (salmonella) analizlər üzrə təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb və uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, bu laboratoriya tərəfindən bir müddət əvvəl “LGC Standards” şirkətinin həyata keçirdiyi səriştəlilik sınaqlarında bioloji aktiv qida məhsullarında vitamin B1, vitamin B2, vitamin B6 və vitamin B12 parametrləri üzrə də uğurlu nəticələr əldə olunub.

Onu da bildirək ki, Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilməklə aqrokimyəvi maddələrdə, baytarlıq preparatlarında, yem və yem əlavələrində, qablaşdırma materiallarında, bioloji aktiv qida məhsullarında keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki kimyəvi sınaqlar aparılır.