Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) Ümumrusiya Heyvan Sağlamlığı üzrə Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Dabaq xəstəliyi üzrə Referens Laboratoriyası və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dabaq xəstəliyi üzrə Referens Mərkəzi tərəfindən təşkil olunan laboratoriyalararası test proqramında dabaq xəstəliyinin (A, O, Asia1, SAT-2 tipləri) ELISA müayinə metodu ilə təyini üzrə uğurlu nəticə əldə edib.
Qeyd edək ki, MBL bundan əvvəl də beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik test proqramlarına qatılaraq yüksək nəticələr əldə edib. Laboratoriya Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq heyvan xəstəliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib.