Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası (MRL) İngiltərənin “FAPAS” və “LGC” şirkətləri tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya qarğıdalı tozu nümunəsində “Aflatoksin B1" və "Ümumi aflatoksin" (B1, B2, G1, G2), meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarının təyini, qida nümunələrində Listeria monocytogenes təyini və fiziki-kimyəvi parametrlər üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, Milli Referens Laboratoriyası bugünədək müxtəlif ölkələr tərəfindən təşkil olunan 100-dən artıq göstərici üzrə beynəlxalq səriştəlilik sınaqlarında uğur qazanıb. Laboratoriyanın ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən milli, Almaniya Federativ Respublikasının akkreditasiya qurumu DAkkS tərəfindən isə beynəlxalq akkreditasiyası həyata keçirilib.