arrow

AQTİ-nin laboratoriyası İngiltərədə keçirilən növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

AQTİ-nin laboratoriyası İngiltərədə keçirilən növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
10-08-2023 09:47

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb.  Laboratoriya bu sınaqlarda bioloji aktiv qida məhsullarında vitamin B1, vitamin B2, vitamin B6 və vitamin B12 parametrləri üzrə uğurlu nəticələr əldə edib. Sınaqlar yüksək performanslı maye xromatoqrafiya (HPLC) cihazında beynəlxalq metoda əsasən həyata keçirilib.

Kompleks Tədqiqatlar Laboratoriyası mütəmadi olaraq müxtəlif beynəlxalq qurumlar tərəfindən təşkil edilən səriştəlilik sınaqlarına qatılır və uğurlu nəticələr əldə edir. Laboratoriyada aqrokimyəvi maddələrdə, baytarlıq preparatlarında, yem və yem əlavələrində, qablaşdırma materiallarında, bioloji aktiv qida məhsullarında keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki kimyəvi sınaqlar aparılır.