Bu fəaliyyət çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Ümumrusiya Heyvan Sağlamlığı üzrə Elmi Tədqiqat İnstitunun, FAO-nun dabaq xəstəliyi üzrə referens mərkəzi hesab olunan, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dabaq xəstəliyi üzrə Referens Laboratoriyasının təşkil etdiyi laboratoriyalararası test programında dabaq (A, O, Asiya-1 tipləri üzrə) xəstəliyinin ELISA müayinə metodu ilə təyinində uğurlu nəticə əldə edib.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək müxtəlif beynəlxalq qurumlar və xarici ölkələr tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.
Dabaq xəstəliyi virusuna qarşı anticisimlərin ELISA üsulu ilə təyini üçün müqayisəli testlərin nəticə cədvəli
QN kodları
QN təyin olunan dəyəri
Nəticələrin interpritasiyası
Nəticələrin uyğunluğu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası
FQU VNİİZJ
2022.16.07.01
müsbət, O tipi*
müsbət, O
müsbət, O
uyğun
2022.16.07.02
mənfi
mənfi
mənfi
uyğun
2022.16.07.03
müsbət, Asia-1 tipi
müsbət, Asia-1 tipi
müsbət, Asia-1 tipi
uyğun
2022.16.07.04
müsbət, A, O, Asia-1 tipi
müsbət, A, O, Asia-1 tipi
müsbət, A, O, Asia-1 tipi
uyğun
2022.16.07.05
mənfi (DVXV)
uyğun
2022.16.07.06
müsbət, Asia-1 tipi
müsbət, Asia-1 tipi
müsbət, Asia-1 tipi
uyğun
* “müsbət” – QN-də dabaq xəstəliyi virusuna qarşı A, O, Asia-1 tipli anticisimlər aşkarlanıb.
“mənfi” - QN-də dabaq xəstəliyi virusuna qarşı anticisimlər aşkar edilməyib.