arrow

AQTİ-nin mütəxəssisi Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

AQTİ-nin mütəxəssisi Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
25-09-2026 11:27

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində “ECO-SYNERGY 2026” Beynəlxalq elmi konfransı keçirilib. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasının mütəxəssisi Gülər Bayramova “Azərbaycana idxal olunan Prunus cinsinə aid əkin materiallarında Şarka virusunun aşkarlanması üçün real vaxt rejimində PZR metodunun analitik validasiyası və Azərbaycanda mövcud olan potensial mənənə vektorları əsasında risk qiymətləndirilməsi” mövzusunda elmi məruzə ilə çıxış edib. 

Konfransa ümumilikdə 60 elmi iş təqdim olunub. Elmi qiymətləndirmənin nəticələrinə əsasən, onlardan 12-si konfransda məruzə ilə çıxış etmək üçün seçilib. Seçilmiş elmi işlərdən 7-si artıq “Scopus” bazasında indekslənən Q1–Q2 kvartilli elmi jurnallarda dərc üçün müsbət rəy alıb ki, onlardan biri də Gülər Bayramovaya məxsusdur. 

Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, Pakistan, Malayziya, İndoneziya, Qırğızıstan, Gürcüstan və Filippindən olan tədqiqatçılar və akademik qurumların nümayəndələri iştirak ediblər.