Bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən Naftalan şəhərində yerləşən “Garabagh Resort & Spa” hotelində 4 gün ərzində HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim, qiymətləndirmə və məsləhət xidmətləri həyata keçirilib. Hotelin əməkdaşlarına HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilib. Həmçinin hotelin qida blokunun saxlama anbarlarının, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib.
Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, AQTİ tərəfindən həyata keçirilən təlim, qiymətləndirmə və məsləhət xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.