Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən Şabran rayonunda “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus qida blokunda HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirilib. Xidmət zamanı MMC-nin qida blokunun saxlama anbarlarının, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib. Həmçinin MMC-nin əməkdaşlarına HACCP-nin ictimai iaşə müəssisələrinində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilib.
Xidmət zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.