arrow

AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib

AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib
26-04-2024 17:06

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Tarım və Orman Bakanlığının Ulusal Qida Referans və Ankara Qida Kontrol laboratoriyalarında olub, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti laboratoriyaların maddi texniki bazası ilə tanış olub, nümunə qəbulu prosesini izləyiblər. Təcrübə mübadiləsi zamanı beynəlxalq ISO 17043 və ISO 13528 standartlarının əhatə dairəsi, səriştəlilik sınaqları üçün nümunə hazırlığı və həyata keçirilən müayinə metodologiyaları müzakirə olunub.