arrow

AQTİ-nin nümayəndə heyəti Türkiyənin Halal Akkreditasiya Qurumunda olub

AQTİ-nin nümayəndə heyəti Türkiyənin Halal Akkreditasiya Qurumunda olub
21-10-2024 15:20

Görüşdə Z. Soylu AQTİ-ni beynəlxalq sertifikata yiyələnmə münasibəti ilə təbrik edib. Daha sonra beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bildirilib ki, akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib.

Görüş zamanı halal sertifikatlaşdırma prosesi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb, qarışılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Hazırda həmin xidmət AQTİ tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif olunur.