arrow

AQTİ-nin nümayəndəsi Çində beynəlxalq forumda iştirak edir

AQTİ-nin nümayəndəsi Çində beynəlxalq forumda iştirak edir
29-07-2026 17:44

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Çin Xalq Respublikasının Sanya şəhərində Qida və kənd təsərrüfatı sistemlərində “Vahid Sağlamlıq” Forumu (The One Health in agrifood systems Forum) keçirilir.  

Forumda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Vəfa Ağayeva iştirak edir. O, “Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyi baxımından davamlı və inteqrasiya olunmuş şəhərlərin qurulması mövzusu üzrə panel müzakirəsində çıxış edib.

Forumun məqsədi “Vahid Sağlamlıq” yanaşmasının tətbiqini genişləndirmək, müxtəlif sektorlar arasında əməkdaşlığı gücləndirmək və innovativ strategiyaları inkişaf etdirmək üçün mühüm platforma rolunu oynamaqdır. 

Forum çərçivəsində ictimai səhiyyə, qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı və ətraf mühit sahələrini təmsil edən maraqlı tərəflər bir araya gələrək  zoonoz infeksiyalar, antimikrob müqavimət (AMR), qida təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və iqlimlə bağlı problemlər də daxil olmaqla qarşılıqlı əlaqəli riskləri aradan qaldırmaq üçün dialoqlar aparılıb, həmçinin elm və innovasiyaya əsaslanan bilik mübadiləsi stimullaşdırılıb.