arrow

AQTİ-nin regional sınaq laboratoriyaları və bölmələri səriştəlik proqramında yüksək nəticə göstərib

AQTİ-nin regional sınaq laboratoriyaları və bölmələri səriştəlik proqramında yüksək nəticə göstərib
10-10-2022 14:47

İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən AQTİ-nin regional sınaq laboratoriya və bölmələri peşəkarlıq səviyyələrinin ölçülməsi, həmçinin bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi məqsədilə səriştəlilik test proqramına cəlb olunub. Dünyanın müxtəlif ölkələrindən laboratoriyaların da iştirak etdiyi Bruselyoz xəstəliyinin Rose-benqal sınağı ilə təyinində Mərkəzi Baytarlıq Laboratoriyasının Quba, Bərdə, Sabirabad, Qax Regional bölmələri, eləcə də Göygöl, Tovuz və Lənkəran Regional Sınaq Laboratoriyaları uğurla iştirak edib və yüksək nəticə əldə edib.

Qeyd edək ki, regional sınaq laboratoriyaları və bölmələrində istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir. Laboratoriyada həm insanlar, həm də heyvanlar üçün təhlükəli hesab edilən yoluxucu xəstəliklərdən olan bruselyozun ELISA müayinə metodundan, Rose-benqal sınağı metodundan (RBS), Komplementin Birləşmə Reaksiyası (KBR) metodundan, Aqqlütinasiya reaksiyası (AR) metodundan, həmçinin Xlamidioz xəstəliyinin ELISA müayinə metodundan, Şmallenberq xəsətəliyinin ELISA müayinə metodundan istifadə edilir.