arrow

AQTİ qida məhsullarında “Rəf ömrünün təyini” sınaqlarını həyata keçirəcək

AQTİ qida məhsullarında “Rəf ömrünün təyini” sınaqlarını həyata keçirəcək
16-12-2024 14:41

Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında qida təhlükəsizliyinə olan inamın artırılması, həmçinin istehlakçıların məhsulların saxlanma müddətinə dair elmi əsaslarla məlumatlandırılmasıdır. Rəf ömrünün təyin edilməsi istehsal prosesindən başlayaraq məhsulun son istehlak tarixinə qədər olan bütün mərhələləri əhatə edir və məhsulun mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlərinin təhlilinə əsaslanır.

Qida məhsullarında rəf ömrünün təyin edilməsi sınaqları bu sahədə fəaliyyət göstərən istehsalçılara müxtəlif istiqamətlərdə dəstək verəcək:

- məhsulun saxlanma müddətinin optimal şəkildə müəyyən olunması;

- keyfiyyətin qorunması üçün uyğun saxlama şəraitinin təyin edilməsi;

- istehlakçıların sağlamlığının qorunması üçün təhlükəsiz qida məhsullarının istehsalı.

Bu yenilik, həm yerli bazar məhsullarının, həm də ixrac təyinatlı məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına mühüm töhfə verəcəkdir.