Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
AQTİ artıq AZS ISO/IEC 17021-1:2021 akkreditasiyasına sahibdir və AZS ISO 22000:2022 – Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə rəsmi sertifikatlaşma həyata keçirə bilər.
İstehsal, emal, qablaşdırma, saxlanma və dövriyyə ilə məşğul olan müəssisələr rəsmi sertifikat alacaqlar. Bu sertifikat:
- Bazar mövqeyini gücləndirir.
- İstehlakçılarda etimad yaradır.
- İxrac imkanlarını artırır.
Sertifikat 3 il müddətinə verilir və illik nəzarət auditi ilə təsdiqlənir.
Ətraflı məlumat üçün: www.afsi.gov.az