İnfotur zamanı əvvəlcə şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda şərab məhsullarının istehsalının və ixracının artırılması imkanları müzakirə edilib.
Görüşdən sonra “Şirvan şərabları” zavodunda şərab istehsalı prosesi və laboratoriya ilə tanışlıq olub, həmçinin şərabçılıq məhsulları dequstasiyadan keçirilib. İştirakçılara yeni istehsal metodları və qabaqcıl istehsalat təcrübələri barədə məlumat verilib.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.