arrow

AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün keçirilən təlimləri davam etdirir

AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün keçirilən təlimləri davam etdirir
03-10-2022 15:12

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” MMC-nin əməkdaşlarına “Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyi” mövzusunda keçirilib.

Təlimdə qida zəncirinin mərhələləri, müəssisələrdə qida məhsulları və onların inqrediyentlərinin, ərzaq xammalının, qablaşdırma materiallarının, o cümlədən kimyəvi maddələrin (məsələn, yuyucu vasitələr, sürtkü maddələri, yanacaq və s.) saxlanma qaydaları haqqında ətraflı məlumat verilib.

Bununla yanaşı, təhlükəli maddələrin və yuyucu vasitələrin saxlanması üçün müvafiq tələblərə uyğun avadanlıqların olmasının, qida məhsullarının saxlanması və daşınması zamanı müşayiətedici sənədlərin təmin edilməsinin, həmçinin xəbərdaredici nişanlardan istifadənin vacibliyi təlim iştirakçılarının diqqətinə çatdırılıb.