Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən şərab nümunələri üzrə növbəti səriştəlilik sınaqlarının müraciət müddəti uzadıldı!
Sınaqlar ISO 17043:2023 standartına uyğun olaraq təşkil olunur və şərab nümunələrinin müxtəlif keyfiyyət göstəricilərinin laboratoriya tərəfindən dəqiq və etibarlı şəkildə qiymətləndirilməsini nəzərdə tutur.
Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 30 dekabr 2025
Daha ətraflı məlumat üçün:
afsi.gov.az → Xidmətlər → Səriştəlilik sınaqları