İşə qəbul olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsilli olmalıdırlar. Namizədlərdən qida mühəndisliyi, kimya mühəndisliyi, kimya və biologiya ixtisasları üzrə təhsil almış şəxslərə üstünlük veriləcək;
- Qida müəssisələrində minimum 4 illik istehsal və audit təcrübəsinə malik olmalıdırlar;
- SMIIC 1 / SMIIC 2 standartları barədə ümumi məlumatlara sahib olmalıdırlar.
İşə qəbul zamanı ISO 9001, ISO 22000, 17025, 19011 sertifikatı olanlara üstünlük veriləcək. Həmçinin namizədlərin halal sertifikatlaşdırma prosesləri ilə bağlı təcrübəsinin olması arzuediləndir.
Sertifikasiya şöbəsində böyük mütəxəssis və mütəxəssis vəzifəsinə yiyələnəcək şəxslərin üzərinə düşən vəzifələr aşağıdakılardan ibarətdir:
- Qida təhlükəsizliyi idarəetmə sisteminin tələbləri əsasında auditlərin təşkili, həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
- Daxil olan müraciətlər əsasında bazar araşdırmasının və təhlilinin aparılması;
- İcra planlarının hazırlanmasına, həmçinin resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək olmaq və nəzarət etmək;
- Zərurət yarandığı təqdirdə, proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi, regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin həyata keçirilməsi;
- İdarəetmə sistemi tələbləri çərçivəsində risklərin müəyyən edilməsi və qiymətləndirilməsi.
Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə müvafiq vəzifənin adını yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.