arrow

AQTİ tərəfindən “Etiler Meat House” restoranının əməkdaşları üçün HACCP təlimi keçirilib

AQTİ tərəfindən “Etiler Meat House” restoranının əməkdaşları üçün HACCP təlimi keçirilib
27-10-2025 10:57

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Etiler Meat House” restoranının əməkdaşları üçün iki günlük HACCP təlimi keçirilib. Təlim zamanı iştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin 12 addım və 7 prinsipi əsasında geniş məlumat verilib. Qeyd olunub ki, HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir və “Qida Təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. 

Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur.  Vurğulanıb ki, HACCP sistemi məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu sistem risk əsaslı yanaşmaya əsaslanaraq məhsulların standartlara uyğun istehsalına, bu isə satış və gəlirliliyin artırılmasına şərait yaradır. 

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı bilik səviyyəsi dəyərləndirilib.