Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bu dəfəki verilişdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif olunan xidmətlərlə bağlı izləyicilərə, həmçinin sahibkarlara geniş məlumat veriləcək.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nın Sahibkarlara xidmət departamentinin müdiri Mehran Məmmədova ünvanlaya bilərsiniz.
Qeyd edək ki, “Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini həmçinin vətəndaşlarla qurum arasında canlı ünsiyyətini təmin etməkdir.