Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb.
ISO/IEC 17043 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartının müvafiq tələblərinə əsasən, təşkil edilmiş səriştəlilik sınağı çərçivəsində süd tozu nümunəsində yağlılıq, nəmlik, quru maddə, kül, azot (zülal) və laktoza parametrlərinin təyini həyata keçirilib. Sınaqda 6 laboratoriya iştirak edib.
Sınağın nəticələrinə dair hesabat Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəsmi internet səhifəsinin (afsi.gov.az) “Xidmətlər” → “Səriştəlilik sınaqları” → “Hesabatlar” bölməsində yerləşdirilib. Konfidensiallıq prinsiplərinə riayət edilməsi məqsədilə nəticələr fərdi laboratoriya nömrələri ilə təqdim olunub. İştirakçılar müvafiq bölməyə daxil olmaqla nəticələrlə tanış ola bilərlər.